Monthly Archive May 2024

Bybacato_nabaku

Yalnız bu gün

10.05.2024

Tam hazır olmaq

“Biz.. həyatımızla xasiyyətimizin nöqsanları nə etdikləri haqqında tam təsvir alırıq. Bu nöqsanlardan azad olmaq üçün bizdə güclü istək yaranır”.

Əsas mətn

Xasiyyətimizin nöqsanlarından qurtulmaq üçün tam hazır olmaq – uzunmüddətli bir prosesdir və, olur ki, buna nail olmaq üçün ömür boyu çalışırıq. Bizim hazır olduğumuz nöqsanlarımız haqqında biliklərlərimizlə və onların bizə nə cür ziyan vurduqlarını anlamaqla eyni proporsionlar artır.

Ola bilsin ki, bizə çox ağrılı olsun görmək, nöqsanlarımız həyatımıza və ətrafımızda olanlara nə qədər dağıdıcı təsir edir. Elədirsə, edə biləcəyimizin ən yaxşısı – İlahi Qüvvəmizdən sağalma yolunda bizə mane olan qüsurlardan azad olamağını istəməkdir.

Əgər biz nöqsanlarımızdan azad oluruqsa və görürük ki, onlaryavaş-yavaş həyatımızdan gedir, biz eyni zamanda görürük ki, sevən İlahi onları müsbət keyfiyyətlərlə əvəz edir. Qorxaqlıq əvəzinə biz cəsarət qazanırıq. Acgözlük əvəzinə – səxavət. Bizim öz-özümüzə xəyali baxışımız yox olur, əvəzində özümüzə qarşı vicdanlıq və düzgünlük gəlir, biz özümüzü qəbul etməyə başlayırıq.

Bəli, əgər biz tam hazırlaşsaq, onda dəyişikliklər qaçılmazdır. Hazırlığın hər yeni pilləsi öz hədiyyələrini gətirir. Şəxsiyyətimiz dəyişilir və tezliklə biz aşkar edirik ki, bizim hazırlığımız artıq ağrl ilə yox, əzəvində mənən inkişaf etmək güclü istəklə qidalanır.

YALNIZ BU GÜN: Mən nöqsanlarımı get-gedə daha da yaxşı tanıyaraq, öz hazırlığımı artırcağam.